Kokpit.az xatırladır ki, Formula 1 2024-cü ilin ikinci hissəsi gərgin mübarizə şəraitində keçmişdi. Əgər növbəti mövsümdə də komandalar templərini qorusalar, bizi maraqlı mövsüm gözləyəcək.
Lakin Red Bull qışda çox işləməli və daha yaxşı bolid hazırlamalıdır, çünki son dövrlərdə rəqiblərindən geri qalmağa başlayıblar.
Helmut Marko: “Bir texniki reqlamentin son mövsümündə komandaların belə yaxın mübarizəsi normaldır, çünki Formula 1-də uğurlu konseptləri kopiyalamaq yayılmış haldır. Reqlament stabil qalsa, bolidlər getdikcə bir-birinə bənzəyər. Bu da rəqabəti artıır.
2025-ci il mövsümünün Red Bull üçün çox çətin keçməsi gözlənilir, çünki Ədrian Nyui və Conatan Vitli kimi mühəndislər oradan ayrılıblar. Bu da onların inkişafını çətinləşdirəfəcək.
Lakin Helmut Marko hadisələrə nikbin yanaşır: “Gələn il yenə tam gücümüzlə yarışacağıq. Komandadan bəzi dostlarımız ayrılsa da, güclü təmələ sahibik. İnanıram ki, komandamız Maks Ferstappenə yenidən çempion ola biləcəyi maşın hazırlayacaq.
Nə edəcəyimizi bilirik. Bu bolidin daha geniş sazlanma aralığında işləməsinə ehtiyac var. Beləliklə kiçik dəyişikliklər və ya texniki xırdalıqlar bolidin balansını pozmayacaq. Mühəndislər hazırda bunun üzərində işləyirlər.
40 xallıq asfaltayatma qüvvəsi təbii ki, çox vacibdir, amma mənim və pilotun maraqlandığı nöqtə dövrə başına 0.4 saniyə vaxt qazanmaqdır. Sürücünün inamını artırmaq üçün asfaltla ilişmə yaxşı olmalıdır.
Maks ilə peletondakı ən sürətli sürücüyə sahibik. Buna görə də bolidi təkmilləşdirəndə onun geri bildirimlərinə üstünlük verəcəyik. Ona rəqabətədavamlı maşın versək, Red Bull-da qalacağına əminəm”.
Şərh əlavə et