Keçən ay 2026-cı ildə Formula 1-ə yeni komandanın qatılacağı və bu komandanın GM tərəfindən dəstəklənən Cadillac olacağı açıqlanmışdı.
Bu layihə General Motors və investor Den Trissanın TWG Global şirkəti arasında birgə müəssisə kimi seçilir. TWG Global bu yaxınlarda Andretti Global-ın səhmlərini alaraq layihəyə nəzarəti ələ keçirib. İndiyə qədər Formula 1 komandasını idarə edən şirkətin rəsmi adı Andretti Racing Limited idi.
Lakin dekabrın 13-dən etibarən bu ad dəyişdirilib və Maykl Andrettinin adı rəsmi sənədlərdən çıxarılıb və yerinə Cadillac adı əlavə edilib. İndi şirkətin yeni adı Cadillac Formula Racing Limited-dir. Komanda Formula 1-də Cadillac F1 Team adı altında yarışacaq.
İlk mərhələdə komanda Ferrarinin güc quröusundan və ötürmələr qutusundan istifadə edəcək. Komanda 2028-ci ildə General Motors-un öz zavod mühərrikinə keçəcək. Bununla da Cadillac Formula 1-ə girişini daha da gücləndirib və 2026-cı il mövsümü üçün hazırlıqlarını sürətləndirib.
Şərh əlavə et