Xəbəri Kokpitdə Oxuyun!

Alpine Okonu sağollaşmaq üçün dəvət edib

Alpine komandasının rəhbəri Oliver Ouks bildirib ki, Esteban Okonun komandadan tez ayrılması ilə görə araya soyuqluq düşməyib və onlar Estebanı sağollaşmaq üçün Enstouna dəvət ediblər. 

Kokpit.az xatırladır ki, Alpien komandası mövsümün son yarışında Esteban Okonun yerinə Cek Duhəni yarışdırmış və bunun əvəzinə fransalı sürücüyə Haas komandası ilə Əbu Dabidə testdə iştirak etmək icazəsi vermişdi. Esteban son yarışı olan Qətərdən sonra “işlərin belə bitməsini sitəməzdim” demiş və işçilərlə sağollaşmadan getdiiy üçün üzr istəmişdi. 

Lakin Alpine komandasının rəhbəri Oliver Ouks sabiq sürücüsünü işçilərlə sağollaşmaq üçün onu bazaya dəvət edib: “Bəli, Esteban buraya gəlməlidir. Doğrudan da ciddiyəm. İnsanlar bunun ideal olmadığını desə də, bu doğru deyil. Yekunda iki seçimi var idi və yeni komandası ilə daha tez işləməyi seçdi. Problem deyil. Mənim üçün fərqi yoxdur.

Mesajlaşırıq və ona demişəm ki, istəsə daha əvvəl planlaşdırdığı kimi Enstouna gələ bilər. Keçmiş illərdə və hətta mənim qısa dövrümdə belə komanda üçün vacib rol oynadı. Onu doğrudan da təqdir edirəm, amma eyni zamanda doğru olanı etməli olduğumuzu düşünürəm. Ceki daha əvvəl maşına otuzdurmaq gələn il üçün böyük üstünlükdür”.

Rauf Hacıyev

Şərh əlavə et