Red Bull-un hədəfi çempionluqdur

Red Bull-un hədəfi çempionluqdur
2PWE9K5 11 PEREZ Sergio (mex), Red Bull Racing RB19, action with 16 LECLERC Charles (mco), Scuderia Ferrari SF-23 during the Formula 1 Azerbaijan Grand Prix 2023, 4th round of the 2023 Formula One World Championship from April 28 to 30, 2023 on the Baku City Circuit, in Baku, Azerbaijan - Photo Xavi Bonilla/DPPI Credit: DPPI Media/Alamy Live News

Kokpit.az xatırladır ki, Red Bull son yarışlarda itirdiyi xallardan sonra çempionatda üçüncü yerə qədər geriləyib. Hazırda McLaren 593 xalla liderdir. İkinci yerdəki Ferrari 557, üçüncü yerdəki Red Bull 544 xal toplayıb. Sona isə üç əsas, 1 sprint yarışı qalıb.

Kristian Horner bildirib ki, işləri asan olmasa da, sona qədər mübarizə aparacaqlar: “İşimiz çətin olacaq. Mövsümə əla başlasaq da, rəqiblərimiz yay ərzində yaxşı performans göstərdilər.

Bizə gələndə isə maşının performansını son yarışlarda göstərməyə başladıq. Ostində sprint yarışını və daha sonra Braziliyada əsas yarışı qazandıq. Növbədə hələ çox mübarizə var. Üç əsas, bir sprint yarışı. Buna görə də hələ çox xal yığa bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et