Xəbəri Kokpitdə Oxuyun!

RB son üç yarışda Red Bull-un detallarından istifadə edəcək

RB komandası mövsümün son üç yarışında Red Bull komandasının builki arxa asılqanını və ötürmələr qutusunu istifadə edəcək. 

Kokpit.az bildirir ki, Red Bull komandası RB Mühəndislər Kubokunda 6-cı yeri tutsun deyə bu addımı atır. 

Xatırladaq ki, Braziliya yarışında Alpine komandası iki sürücüsü ilə də podiuma yüksələrək 33 xal toplamış və çempionatda 9-cu yerdən 6-cı yerə yüksəlmişdi. Hazırda Alpine komandası 49 xalla altıncı, Haas 46 xalla yeddinci, RB isə 44 xalla səkkizinci yerdədir.

RB-nin bolidinə əlavə olunacaq bu iki detal ilə komanda 6-cə yer uğrunda mübarizə üçün güclənəcək. Qeyd edək ki, Red Bull keçən ilin Sinqapur yarışında da buna bənzər hərəkəti Sinqapurda etmiş və orada yeni arxa asılqan RB bolidlərinə verilmişdi.

Qaydalara görə müştəri komandaları asılqan və ötürmələr qutusunu başqa komandalardan ala bilirlər.

Rauf Hacıyev

Şərh əlavə et