Kokpit.az bildirir ki, çoxillik müqavilə KitKat-ın 90-cı, Formula 1-in isə 75-ci ildönümü olan 2025-ci ildə başlayacaq. KitKat trasdakı banner reklamları və istehlakçı tədbirləri ilə Formula 1-in rəsmi şokoladı olacaq.
Formula 1-in Kommersiya Direktoru Emili Preyzer müqavilə barədə bunları deyib: “KitKat kimi dünya səviyyəsində tanınan əyləncəli bir markanın bizə ortaq kimi qatılması bizi sevindirir. Onlar bütün Dünyada sevilirlər və trasda təqdim edəcəkləri gözəl təcrübələrlə idmana yeni azarkeşlər qazandıracaqlar. Onları görmək üçün səbirsizlənirik”.
Nestle şirkətinin Strategiya, Marketinq və Satış Direktoru Bernard Monier isə bunları deyib: “Formula 1 xüsusən gənc izləyicilər arasında sürətlə böyüyən və müxtəlif fanat kütləsinə sahib olan qlobal fenomendir. Qloballığı və gərgin proqramı ilə fərqlənən Formula 1 fasilələrdə insanlara KitKat-ı xatırladacaq. Özümüzə xas olan əyləncə anlayışımızı bu həyəcanverici idmana daşımağa və dünyanın hər tərəfindəki azarkeşlər üçün unudulmaz təcrübələr yaşatmağa hazırıq”.
Şərh əlavə et