Kokpit.az xatırladır ki, niderlandlı sürücü iyul-oktyabr aylarında qələbə üzünə həstət qalmışdı. Onun bu qədər getiləməsində Red Bull bolidinin rolu var idi. Buna baxmayaraq Maks Ferstappen Sürücülər Çempionatında Lando Norris ilə xal fərqini qoruya bilmişdi.
Red Bull komandasının rəhbəri Kristian Horner niderlandlı sürücünün bu performansını Michael Şumaxerin 90-cı illərdəki halına bənzədib: “Maks problemləri həll etməkdə bənzərsiz istedada sahibdir. Onun bu performansı mənə 90-cı illərdəki Mixael Şumaxerin sürüş tərzini xatırladır. O da bolidi rəqiblərindən daha yaxşı idarə edə bilirdi. Buba görə də Maks problemlərlə mübarizə apara bilir”.
Şərh əlavə et