Kokpit.az xatırladır ki, Sauber komandası 2026-cı ildən Audi adlanacaq və onlar Audi-nin hazırladığı güc qurğuları ilə yarışacaqlar. İndidən bu mövzu çox danışılır və müzakirə olunur.
Sauber komandasının baş əməliyyatçısı və texniki direktoru Mattia Binotto bildirib ki, Audi-nin 2026-cı il güc qurğuları çox güclü olmaya bilər: “Burada bir öyrənmə prosesinin olacağını düşünürəm. Təbii ki, bütün təcrübələr çox vacib və keçərlidir. Audi-də işin təşkili əladır. Baza çox yaxşıdır və proqram düzgün formada inkişaf edir. Ancaq hələ də işi öyrənməkdəyik. Əvvəlcə bir az fərq olacaq. Bu fərqin nə qədər böyük olacağını isə proqnozlaşdırmaq çətindir”.
Şərh əlavə et