Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bakıda hamı 100 faiz potensialında idi

Aston Martin komansasının sürücüsü Fernando Alonso bildirib ki, Azərbaycan yarışında peletonun hamısı 100 faizi ilə yarışıb.

Kokpit.az xatırladır ki, Bakı Şəhər Halqasındakı yarış divarların yaxın olmasına görə sürücülərə böyük mübarizə təqdim edir.

Aston Martin komandasının sürücüsü Fernando Alonso Azərbaycan yarışında 6-cı olaraq, builki ən yaxşı ikinci nəticəsini əldə edib. İspaniyalı sürücü yarışdan sonra verdiyi müsahibədə rəqiblərinin sürüş standartlarına təriflər yağıdırıb: “Məncə, Azərbaycan yarışındakı risk və həssaslıq səviyyəsi hamı üçün mükəmməl idi. Hər dövrə 100 faizlik potensialımızla sürdüyümüzü düşünürəm. Yarışda təhlükəsizlik maşını olmaması ya da son ana qədər qəza yaşanmaması çox təsir edici idi”.

Fernando Alonsonun Bakıda qazandığı 6-cılıq iyun ayında Kanada yarışından sonra ən yaxşı nəticə olub. Alonso bu barədə də danışıb: “Normal bir həftəsonunda orta qrupdakı komandalar üçün 9 və 10-cu yer əlçatandır. Önümüzdə bəzi insidentlər yaşandığı üçün 6-cı yer ideal idi və biz də onu qazanmaq üçün orada idik. Peletonu izlədik və strategiya cəhətdən rəqiblərimiz nə etdisə, onu təkrarladıq.

Çətin bir yarış idi. Təbii ki, rahatlanacaq vaxtımız yox idi, amma yaxşı yarış idi. Bu həftəsonu tempimiz mükəmməl olmasa da, yarışda xal qazana bildik”.

Rauf Hacıyev

Şərh əlavə et