Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin mətbuat konfransı keçirəcək

Aston Martin komandası gələn həftə üçün bəzi mətbuat orqanalrına dəvət göndərib. 

Kokpit.az bildirir ki, Ədrian Nyuinin gələcəyi hələ qəti formada bilinməsə də, britaniyalı mühəndisin növbəti mövsümdən etibarən Red Bull komandasından Aston Martin-ə keçəcəyi deyilir. Bu açıqlamanın isə Azərbaycan Qran Prisində verilməsi gözlənilir. Hətta bu barədə əksər xəbər resursları da yazıblar. 

Bu gün Aston Martin komandasının mətbuat şöbəsi  jurnalistləri 10 sentyabrda – həftənin ikinci günü – Silverstounda təşkil ediləcək mətbuat konfransına dəvət edib. Mətbuat konfransının mövzusu hələ açıqlanmasa da, belə tədbirlər çox vaxt vacib xəbər olanda keçirilir. Buna görə də əksəriyyət düşünür ki, “yaşıllar” bu tədbirdə Ədrian Nyuinin transferini açıqlayacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et