Kokpit.az xatırladır ki, isveçrəlilər bu günlərdə Stefano Sordonu performans rəhbəri kimi heyətinə qatmışdı. İndi isə Sauber-ə yeni kommersiya direktoru gəlib. Bu, Stefano Battistondur. O, birbaşa şirkətin rəhbəri Andreas Zaydla izahat verəcək.
Battiston Sauber-in Audi-yə çevrildiyi dövrdə yeni kommersiya strategiyasını idarə edəcək. Stefano daha əvvəl Alfa Romeo vaxtı Hinvilldə işləyib və şirkətin marketinq meneceri olub. O, həm də Masetati və İWC Schaffhausen kimi şirkətlərdə də işləyib.
Sauber və Audi Formula 1 komandasının rəhbəri Andreas Zaydl: “Stefanonun təyinatı 2026-cı ildə Audi-yə keçidimizdə başqa vacib addımdır. Audi ilə Formula 1-ə hazırlanan vaxt rəqiblərimizin önündə qalmaq üçün sağlam təməlimiz yaranır. Sauber Qrupa gələndən bəri Stefano ilə işləyirəm. Birlikdə böyük hədəflərimiz var və Stefanonu bu proqrama daxil etmək hesabına hədəflərimizə bir addım da yaxınlaşacağıq. Trasda və trasdan kənarda bir yarış var. Hər ikisində də qalib gəlmək istəyirik”.
Qeyd edək ki, Sauber komandası gələn il tamamilə yeni sürücü heyəri ilə yarışacaq. İsveçrəlilərin artıq bir sürücüsü – Niko Hülkenberq – məlumdur. Digərinin isə ya Karlos Sayns ya da Esteban Okon olması ehtimal edilir.
Şərh əlavə et