Xəbəri Kokpitdə Oxuyun!

Bu gün Formula1 komissiyasının iclası olacaq

FİA, Formula 1 və komandalarının nümayəndələrindən ibarət F1 Komissiyası bu gün 2025-ci il mövsümü üçün xal sistemində təklif olunan dəyişiklikləri müzakirə edəcək.

Kokpit.az bildirir ki, bu addımın 5 komandanın – Red Bull, Ferrari, McLaren, Mercedes və ston Martin-in etibarlılıq və performansı digər 5 komandaya xal qazanmaq şansı vermir. F1 rəhbərliyi də düşünür ki, peletonda daha çox yerə xal verilərsə, arxa sıralarda da mübarizə kəskinləşər.

Qeyd edək ki, təklif edilən yeni sistemdə ilk 12 yerə müvafiq olaraq, 25, 18, 15, 12, 10, 8, 6, 5, 4, 3, 2 və 1 xalın verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda istifadə olunan sistem ilk 10 yeri tutmuş sürücüyə xal verir və 2010-cu ildən tətbiq olunur…

Elçin Zodorov

Şərh əlavə et