Xəbəri Kokpitdə Oxuyun!

Gələn ilin təqvimi açıqlanıb

Kokpit.az bildirir ki, Formula 1 və FIA 2025-ci il mövsümünün təqvimini açıqlayıb. Təqvim 16 martda Avstraliyada başlayıb, dekabrın 7-də Əbu-Dabidə başa çatacaq 24 Qran-Prini əhatə edir.

Stefano Domenikali: “Formula 1-in 75-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız 2025-ci il bizim üçün xüsusi il olacaq. Bu tarixi irs və toplanmış təcrübə sayəsində biz belə təsiredici təqvimi tərtib etmişik. Biz bir daha dünya üzrə 24 əla trasda yarışlara ev sahibliyi edəcəyik – bunlar milyonlarla azarkeşə həzz yaşadacaq yüksək səviyyəli yarışlar olacaq.

FİA-ya, promouterlərimizə və tərəfdaşlarımıza, eləcə də bütün milli federasiyalara göstərdikləri fədakarlıq və dəstəyə görə minnətdarıq. Bütün bunlar Formula 1-ə daha bir çox maraqlı mövsüm vəd edən təqvim yaratmağa imkan verdi. Mən həmçinin komandalarımıza və sürücülərimizə, idmanımızın qəhrəmanlarına və çempionatı inanılmaz həvəslə izləməyə davam edən bütün dünyada azarkeşlərə ehtiramımızı bildirmək istərdim”.

Mohammed bin Sulayem: “Ümumdünya Avtomobil İdmanı Şurası tərəfindən təsdiq edilmiş 2025-ci il üçün Formula 1 təqvimi bizim ümumi missiyamızın növbəti təsdiqi oldu və onu icra edərkən ətraf mühiti düşünürük. Buna görə də biz Dünya Çempionatının mərhələlərini müxtəlif bölgələrdə keçiririk.

Məqsədimiz Formula 1-in ümumi dayanıqlığına nail olmaq olsa da, biz həm də ətraf mühitin, işi daimi səyahətləri əhatə edən hər kəsin sağlamlığının və rifahının qayğısına qalmalıyıq.

FOM Stefano Domenikalinin rəhbərliyi altında, ənənəvi və müasir sxemlərin yaxşı qarışığını özündə əks etdirən bir təqvim təqdim etdi. Çempionatın 75-ci ildönümünü qeyd etməyə hazırlaşarkən biz milli federasiyalara, yerli təşkilatçılara və minlərlə FİA könüllülərinə Formula 1-i həqiqətən qlobal tamaşaya çevirmək üçün yorulmaz səylərinə görə təşəkkür edirik”.

Tarix Yarış Tras
16/03 Avstraliya Qran Prisi Melburn
23/03 Çin Qran Prisi Şanxay
06/04 Yaponiya Qran Prisi Suzuka
13/04 Bəhreyn Qran Prisi Sahir
20/04 Səudiyyə Ərəbistanı Qran Prisi Ciddə
04/05 Mayami Qran Prisi Mayami
18/05 Emiliya Romanya Qran Prisi İmola
25/05 Monako Qran Prisi Monako
01/06 İspaniya Qran Prisi Barselona
15/06 Kanada Qran Prisi Monreal
29/06 Avstriya Qran Prisi Şpilberq
06/07 Britaniya Qran Prisi Silverstoun
27/07 Belçika Qran Prisi Spa
03/08 Macarıstan Qran Prisi Hunqarorinq
31/08 Niderland Qran Prisi Zandfort
07/09 İtaliya Qran Prisi Montsa
21/09 AzərbaycanQran Prisi Bakı
05/10 Sinqapur Qran Prisi Sinqapur
19/10 ABŞ Qran Prisi Ostin
26/10 Mexiko Qran Prisi Mexiko
09/11 San Paulu Qran Prisi San Paulu
22/11 Las Veqas Qran Prisi Las Veqas
30/11 Qətər Qran Prisi Losail
07/12 Əbu Dabi Qran Prisi Yas Marina

Elçin Zodorov

Şərh əlavə et