Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Tempimiz yox idi

Red Bull komandasının sürücüsü Serxio Peres Avstraliyada podiumsuz qaldığı üçün məyusdur.

Kokpit.az xatırladır ki, meksikalı sürücü Avstraliyada Maks Ferstappenin mübarizəni dayandırmasından istifadə edə bilməyib və yarışı beşinci yerdə bitirib.

Serxio dünən sıralanma turunda 3-cü olsa da, Niko Hülkenberqi əngəllədiyi üçün yarışın startında 3 yer itirib və yarışa 6-cı yerdən başlayıb. O, Ferstappenin mübarizəni dayandırmasına baxmayaraq önündəki Ferrari və McLaren sürücülərinə yaxınlaşa bilməyib və yekunda 5-ci olub. Bu hal isə ilk iki yarışda qələbə dublu edən Red Bull üçün əsl faciə olub.

Serxio Peres: “Heyif ki, tempimiz zəif idi. Məncə, yarışın ilk hissəsində çətinlik çəkdik. Ferrari və McLaren-in bizdən bir addım öndə olduğunu görə bilirdik. Balansı tapa bilmədik. Növbəti yarışlar üçün görəcəyimiz işlər var. Çox qeyri-adi asfalt idi və həftəsonu ərzində istədiyimiz ilişməni tapa bilmədik.

Komanda olaraq həftəsonu ərzində yetərli sürətimiz yox idi. Cümə günündən bəri çətinlik çəkirdik və təkərlərə nəzarət edə bilmədik. Sadəcə problemi anlamalı və inkişaf etməliyik.

Veqas kimi bir trasda da Ferrari-nin bizdən güclü olduğunu gördük və ön təkərlərimizi qoruya bilmədik”.

Rauf Hacıyev

Şərh əlavə et