Kokpit.az xatırladır ki, Red Bull komandası 2023-cü ildə dominant məvsüm keçirmiş və 22 yarışdan 21-də qalib gəlmişdi. “Qırmızı öküzlər” 2024-cü il maşınını ilk təqdim edənlərdən biri olacaqlar.
Avstriya təmsilçisi yeni bolidinin təqdimatını fevralın 8-də təqdim edəcək. Fevralın 7-də isə Alpine həm WEC, həm də Formula 1 maşınının təqdimat mərasimini keçirəcək.
Ancaq Red Bull-un təqdimatı ilə bağlı müəmmalar var. Avstriya təmsilçisi 2023-cü ildə rəng çalarını təqdim etmişdi. “Qırmızı öküzlər” çarpma testindən gec keçdikləri üçün 8 fevralda bolidin yox, rəng çalarının təqdim olunması gözlənilir. Rəsmi açıqlamanın tezliklə verilməsi gözlənilir.
Şərh əlavə et