Kokpit.az xatırladır ki, əfsanəvi Mixael Şunaxerin oğlu Mik Şumaxer 2021-ci ildə Haas ilə Formula1-də debüt etmişdi. Lakin o, bu komandada iki mövsüm yarışsa da, ümidləri doğrulda bilməmiş və göndərilmişdi. Mik keçən il Formula1-də yarışmayıb və Mercedes komandasının ehtiyat sürücüsü olub. Almaniyalı pilot gələn il Alpine komandası ilə WEC-də yarışacaq. O, eyni zamanda Mercedes komandasının ehtiyat sürücüsü kimi də fəaliyyət göstərəcək.
Mik Şumaxerin məsləhətçisi və mentoru Sebastyan Fettel düşünür ki, gənc sürücü karyerası üçün doğru qərar verib.
Lakin dördqat Dünya Çempionu ümid edir ki, Mik Şumaxer bir gün Formula1-ə qayıdacaq: “Məncə, Mikin karyerasına davam etməsi, yenidən sükan arxasına qayıdıb yarışması əla xəbərdir. Bu yaşda bu çox vacibdir. Bundan başqa Formula1-də qalmaq, çempionatla əlaqəni qoparmamaq və həm təcrübə, həm də məlumat toplamaq üçün əla fürsəti olacaq. Ona gələcək üçün gözəl şeylər arzu edirəm və ümid edirəm ki, Formula1-də yenidən yarışacaq”.
Sabiq sürücülərdən olan Kristian Danner isə Sebastyan Fettel qədər pozitiv düşünmür: “Dünya Dözümlülük Çempionatında yarışmaq Formula1-ə qayıtmaq üçün vasitə deyil. Bu halda sizin geri qayıtma şansınız çoxalmır. Ora tamamilə fərqli seriyadır”.
Şərh əlavə et