Ferrari 2027-ci il üçün Sürücü Akademiyasının heyətini açıqlayarkən Türkiyə avtoidmanı adına əlamətdar hadisə yaşanıb. Uzunmüddətli danışıqlar və hərtərəfli sınaqlardan sonra Alp Aksoy gələcəyin Formula 1 çempionlarını yetişdirməyi hədəfləyən nüfuzlu pilot akademiyasına qəbul edilən yeni sürücülərdən biri olub.
Biroturacaqlı bolidlərdə keçirdiyi debüt mövsümündə diqqətçəkən performans nümayiş etdirən Aksoy İtaliya F4 və Euro4 çempionatlarında üç qələbə qazanaraq böyük komandaların diqqətini cəlb edib. Bu nəticələrdən sonra o, 2027-ci ildə Ferrari-nin dəstəyi ilə Formula Regional Avropa çempionatında (FRECA) mübarizə aparacaq.
Sponsorluqla bağlı təfərrüatlar hələ tam açıqlanmayıb. Bununla belə, Alpın FRECA yarışlarında istifadə edəcəyi kombinezon və dəbilqədə Ferrari loqoları yer alacaq. Gənc pilot Ferrari Sürücü Akademiyasının üzvü kimi Prema komandasında çıxış edəcək.
Dino Beqanoviç və Formula 1-ə Haas ilə yüksələn Rafael Kamaranın da məzunu olduğu akademiyanın yeni heyətinə Alp Aksoyla yanaşı, kolumbiyalı Salim Hanna və niderlandlı Daniel Miron da qoşulublar.
Ferrari Alpın da daxil olduğu yeni akademiya üzvlərini rəsmi Instagram hesabında elan edib.
Bu gönderiyi Instagram’da gör




Şərh əlavə et