Xəbəri Kokpitdə Oxuyun!

R.Şumaxer qəza edib və zədələnib

Sabiq Formula 1 pilotu Ralf Şumaxer dəniz motosikleti qəzasından sonra əməliyyat olunacaq. Buna baxmayaraq, alman mütəxəssis bu həftəsonu İtaliya Qran Prisi üçün Monzada olacağını gözləyir.

Hadisə Duysburqda Stefan Raabın təşkil etdiyi məşhurlar arasında dəniz motosikleti üzrə dünya çempionatının canlı televiziya yayımı zamanı baş verib.

Fərdi yarışda finala qədər yüksələn Şumaxer qələbə qazana bilməyib. Bundan sonra diqqət komanda yarışına yönəlib.

Şumaxer yarışın aparıcısı Raabla birlikdə çıxış edib. Lakin cütlük şamandıralardan birinə yaxınlaşarkən idarəetməni itirərək suya düşüb.

Şumaxer yenidən dəniz motosikletinə qalxmağa çalışarkən ağrı çəkdiyi açıq şəkildə görünüb. O, daha sonra RTL-ə hadisəni belə izah edib: “Dəniz motosikletini bu qədər sürətlə döndərməyə çalışanda çiynim yerindən çıxdı”.

Çiyni yerinə salındıqdan sonra aparılan rentgen müayinəsində kiçik sınıq aşkarlanıb. Bu zədənin aradan qaldırılması üçün Şumaxerin əməliyyat olunması lazım gələcək.

Buna baxmayaraq, hazırda Sky Germany-də Formula 1 eksperti kimi çalışan Şumaxer bu həftəsonu İtaliya Qran Prisi üçün Monzada olmağı planlaşdırır: “Sadəcə çiynim çıxdı. Təəssüf ki, sümüyün kiçik bir hissəsi də qopub.

Əməliyyat tez başa çatacaq və bundan sonra Monzada da olmalıyam. Sadəcə mikrofonu sol əlimdə tutmalı olacağam!”

Rauf Hacıyev

Şərh əlavə et