Məhz həmin il Aston Martin ilk dəfə Formula 1-ə qədəm qoymuş, həm də Roy Salvadori və Kerol Şelbinin sürdüyü DBR1/300 modeli ilə 24 saatlıq Le Man marafonunda qələbə qazanmışdı.
İndi isə Silverstoundakı komanda və Speysayd vadisinin viski zavodu yenidən azarkeşləri sevindirib. Bu dəfə daha əlçatan, lakin cəlbedici bir məhsul təqdim olunub. Bu, məhdud sayda olan 16 illik Glenfiddich-dir.
Yeni kolleksiya Aston Martin ilə uzunmüddətli tərəfdaşlığa həsr olunub. Komanda son yarışlarda xüsusilə Fernando Alonsonun nəticələri sayəsində müntəzəm olaraq xal toplayır.
Ekspertlərin dediyinə görə, amerika palıd çəlləklərində (burbon üçün istifadə olunmuş) saxlanılan içki təzə meyvə, vanil və krem notları, eləcə də balanslı dadı ilə seçilir.
Bu, Aston Martin ilə birgə əməkdaşlıq çərçivəsində bazara çıxarılan ilk Glenfiddich məhsuludur. ABŞ bazarında qiyməti şüşə başına 75 dollar olaraq müəyyən edilib.
Şərh əlavə et