Xəbəri Kokpitdə Oxuyun!

III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı təşkil olunub

Bu ilin payızında ölkəmiz növbəti mötəbər idman tədbirinəev sahibliyi edəcək. III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb.

Belə ki, aprelin 23-də III MDB Oyunlarına həsr olunan ilk mətbuat konfransı keçirilib. Konfransda tədbirə hazırlıqmərhələsi haqqında media nümayəndələrinə ətraflıməlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgəinzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi vədigər məsələlər üzrə hazırlıq işlərini davam etdirilir.

“Hər qəlbdə bir qələbə!”

 “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində –Gəncə, Qəbələ, Şəki, Yevlax,  Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkilolunacaq. Açılış və bağlanış mərasimi  isə Gəncə şəhərstadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı  gözlənilir. Tədbirdə MDB ölkələri iləyanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur.

www.cisgames2025.com

Həmçinin, mətbuat konfransında  III MDB Oyunlarınınrəsmi internet səhifəsi təqdim olunub. Tədbirlə bağlıhazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllüvə media qeydiyyatı və s. ilə bağlı ən son yenilikləriburadan əldə etmək mümkün olacaq.

Bəbir və Leyla

III MDB Oyunlarının maskotları da məlum olub. Enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır. Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü vəqonaq pərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər. Bunadir heyvan ölkəmizin füsunkar guşələrində qədimdövrlərdən bəri məskunlaşıb. Qeyd edək ki, bəbir Qafqaz danəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən “Böyük beşlik” Proqramına, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və sayı “kritik həddə olan növ” kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmişdir.

Könüllü Proqramı

Mətbuat konfransında eləcə də, Könüllü Proqramına startverildiyi bildirilib. Həmçinin, proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün III MDB Oyunlarına cəlb olunması gözlənilir. Qeyd edək ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarrifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və  biliklərinin artmasına dəstək olmaqdır.

Xatırladaq ki, MDB Oyunlarına ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın III MDB Oyunlarına ev sahibliyi etməsi təsadüfi deyil. Bu irimiqyaslı tədbirlərin təşkilatçısı kimi Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur.

Rauf Hacıyev

Şərh əlavə et