Kokpit.az bildirir ki, Cadillac General Motors-dan dəstək alacaq. Onlar 2028-ci ildə öz güc qurğularını istehsal etməyə başlayacaqlar. Ona qədər isə başqa bir istehsalçıdan motor alacaqlar.
Qeyd edək ki, amerikanlar daha əvvəl Andretri Global ilə Formula 1 komandası qurmaq istəyirdilər. Ancaq Formula 1 rəhbərliyi düşünürdü ki, Andrettinin gəlişi Formula 1-ə heç bir dəyər gətirməyəcək. Buna görə onların müraciəti rədd edilmişdi.
Bundan sonra Maykl Andretti ilə Formula 1 arasındakı münasibətlər son həddə çatmışdı. O, uzun müddət mübarizə apararaq, qərarı öz xeyrinə dəyişməyə çalışsa da, sonda geri addım atmağa qərar vermişdi.
Andrettinin geri addım atmasından sonra TWG Group tərəfindən təqdim edilən və Den Tourisin liderlik etdiyi yenilənmiş təklif qəbul olunmuşdu.
Formula 1-in rəhbəri Stefano Domenikali bu barədə bunları deyib: “Noyabr ayında dediyim kimi General Motors-un Cadillac ilə Formula 1-ə qatılması idmanımız üçün vacib göstərici idi.
GM və TWG-yə müsbət danışıqlara görə təşəkkür edirəm və 2026-cı ildə peletona qatılmaları üçün səbirsizlənirəm”.
Şərh əlavə et