Kokpit.az bildirir ki, britaniyalı mütəxəssis bu ay ərzində vəzifəsindən gedəcək. O, Aston Martin komandasında qalmağa davam edəcək, amma texniki direktorluq vəzifəsi başqa adama veriləcək.
Aston Martin Group-un İdarə Heyətinin Rəhbəri Əndi Kovell: “Son iki ildə Aston Martin komandasına verdiyi faydaya görə Denə təşəkkür etmək istəyirəm. Den keçən il səkkiz podium qazanan AMR23-ün düzəldilməsindən liderlik etmişdi”.
Den Fellovs: “Aston Martin komandasında keçirdiyim müddət ərzində texniki komandaya rəhbərlik etmək mənim üçün gözəl və xüsusi idi. Artıq bayrağı başqasına vermək vaxtı gəldi. Ayrılsam da, komandanın gələcəkdəki uğurlarını izləmək üçün səbirsizlənirəm. Əminəm ki, bu uğurlar tezliklə gələcək”.
Şərh əlavə et