Onun sözlərinə görə, 36 yaşlı fin pilot Valtteri Bottas və 35 yaşlı meksikalı sürücü Serxio Peres 2026-cı il mövsümündə Formula-1-də debüt edəcək Cadillac komandası üçün çıxış edəcəklər.
Onun məlumatına görə, komandanın heyəti artıq gələn həftə açıqlana bilər. Daha əvvəl Bottas və Pereslə müqavilə imzalanması barədə nüfuzlu Racingnews365 və The Race nəşrləri də yazmışdılar.
Xatırladaq ki, Cadillac 2026-cı mövsümdən etibarən dünya çempionatının 11-ci iştirakçısı olacaq. Hazırda Bottas alman Mercedes komandasının ehtiyat pilotudur. O F1-də əsas pilot kimi sonuncu dəfə keçən il Sauber komandasında çıxış edib. Serxio Peres üçün də keçənilki Red Bull-dakı mövsüm əsas sürücü kimi hələki sonuncu olub.
İstənilən halda, yeni komanda və hazırda boşda olan təcrübəli pilotlar ətrafında belə şayiələrin yayılması təbiidir. Çempionata yeni gələn bir komandanın da məhz böyük təcrübəyə sahib şəxslərin köməyindən istifadə etmək istəməsi gözləniləndir və bu da sözügedən ehtimalı qüvvətləndirir…
Şərh əlavə et