Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Aragon: Markes yarışda da qələbə qazanıb

MotoGP üzrə Araqon Qran Prisinin qalibi Mark Markes olub.

Yarışın başlamasına təxminən 20 dəqiqə qalmış həftəsonunun indiyədək ən isti şəraiti müşahidə olunub. Havanın temperaturu 30°C, trekinki isə 50°C təşkil edib.

Startla birlikdə poul mövqeyindən yarışa başlayan Marko Bezzekki liderliyini qoruya bilməyib və Mark Markes ilk sıraya yüksəlib. Bir neçə döngə sonra isə Mark Markes üçüncü yerə geriləyib. Xorxe Martin ikinci, Bezzekki isə liderliyini qoruyub.

Toprak Razqatlıoğlu startdan sonra dörd pillə irəliləyərək 17-ci yerə yüksəlib.

İlk dövrənin sonunda Xorxe Martin tədricən geriləyərək beşinci yerə düşüb. Pedro Akosta üçüncülüyə yüksəlib, Mark Markes isə yenidən ikinci pilləni ələ keçirib.

6-cı dövrədə Françesko Banyaya və Raul Fernandes qəza edərək mübarizəni dayandırıblar. Mark Markes isə liderliyi ələ keçirib. Marko Bezzekki üçüncü yerə geriləyib.

Markes liderliyə yüksəlsə də, ikinci yerdəki Akosta onun fərqi açmasına imkan verməyib və ilk MotoGP qələbəsi üçün yaxın təqibini davam etdirib.

Yarışın bitməsinə iki dövrə qalmış Toprak Razqatlıoğlu 12-ci döngədə qəza edərək mübarizəni dayandırıb.

Qalan dövrələrdə Mark Markes liderliyini qoruyub və damalı bayrağı ilk sırada keçərək yarışın qalibi olub. İspaniyalı sürücünü podiumda Pedro Akosta və Marko Bezzekki müşayiət ediblər.

Aleks Markes yarışı dördüncü, Xorxe Martin beşinci, Fermin Aldeqer altıncı pillədə tamamlayıb. Fabio Di Cannantonio yeddinci olub, Enea Bastyanini isə onun ardınca finiş görüb.

Rauf Hacıyev

Şərh əlavə et