Xəbəri Kokpitdə Oxuyun!

iPhone 17 Pro-nun performansı məlumdur?

iPhone 17 Pro və iPhone 17 Pro Max-da istifadə ediləcək A19 prosessorunun Geekbench test nəticələri ortaya çıxıb. İddiaya görə bu prosessorun performansı daha yaxşı olacaq.

Kokpit.az bildirir ki, artıq hamı səbirsizliklə sentyabrda təqdim ediləcək iPhone 17 seriyasını gözləyir. Builki iPhone-ların çoxlu yeniliklə gəlməsi gözlənilir.

Təqdimata təxminən 3 ay qalsa da, artıq mətbuata bəzi sızıntıların çıxdığını görürük. İndi isə cihazların performans xallarının sızdığını görürük. Əgər bu iddialar doğrudursa, bu cihazlarda böyük yeniliklərdə görə bilərik.

A19 Pro prosessorunda performans ciddi formada arta bilər.

Çinin etibarlı mənbələrindən olan Digital Chat Station-un verdiyi xəbərə görə iPhone 17 Pro və iPhone 17 Pro Max modellərinin prosesoru olan A19 Pro-nun Geekbench xalları çıxıb.

Apple-in yeni prosessoru tək nüvədə 4000, çoxlu nüvədə isə 10 min-dən çox xal qazanıb.

Müqayisə etsək, Apple-in keçənilki prosessoru A18 Pro tək nüvədə 3490, çoxlu nüvədə isə 8606 xal qazanmışdı. Bu da o deməkdir ki, tək nüvə performansında 15 faiz, çoxlu nüvə performansında isə 17 faiz artım olub. Hətta bu prosessor tək nüvədə M4 prosessorunu qabaqlayır. Snapdragon 8 Elite prosessoru ilə müqayisə aparsaq, A19 Pro tək nüvədə daha güclüdür. Çoxlu nüvədə isə çox yaxın olacaq.

Təbii ki, bu hələ dedi-qodudur. Bu barədə hələ rəsmi məlumat yoxdur. Buna görə də dəqiq bir söz deyə bilmirik. Lakin iPhone 17 Pro seriyalarında dizayn da daxil olmaqla çox şeyin dəyişəcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et