Xəbərdə bildirilir ki, iPhone 17 seriyasının baza modeli iPhone 16 baza modelindəki kimi A18 prosessora ilə gələcək. RAM isə 8GB olacaq.
Nazikliyi ilə fərqlənəcək iPhone 17 Air modeli A19 prosessorundan güc alacaq. iPhone 17 Pro və iPhone Pro Max isə A19 Pro prosessoru ilə istehsal ediləcək. iPhone 17 modelinin 8GB RAM ilə satışa çıxarılması gözlənilir. 17 Air və Pro modellərinin isə 12 RAM ilə istehsal ediləcəyi iddia olunur.
17 seriyasının baza modeli iPhone 17-nin dizaynı da eynilə iPhone 16 kimi olacaq. Ancaq iPhone 17-də 60 Hz ekrandan imtina olunacaq, ön kamera isə 12 meqapikseldən 24 meqapikselə yüksəldiləcək. Ekranın isə bir az böyüyərək 6.3 düymə olacağı iddia olunur.
Şərh əlavə et