Kokpit.az xatırladır ki, İspaniya yarışının sonunda Corc Rassell Maks Ferstappenə hücum edərkən niderlandlı sürücü rəqibinə təmas edib. Stüardlar bu hərəkətinə görə Maksa 10 saniyə cəzası verib. Bununla da dördqat Dünya Çempionu 5-ci yerdən 10-cu yerə geriləyib.
Lakin yarışdan sonra FİA Maks Ferstappenin lisenziyasına 3 cəza balı yazıb.
Stüardlar Maks Ferstappenin cəzası ilə bağlı bunları deyiblər: “Stüardlar maşını trasda yerləşdirmə, qaz sistemi məlumatlarını, video, zamanlama, telemetriya və maşındaxili videoları təhlil etdilər.
Radio danışıqlarından məlum olur ki, bir nömrəli maşının sürücüsünün komandası 1 nömrəli maşının trasdan çıxmasını və üstünlük qazanmasını deyib. Buna görə də 63 nömrəli maşına yerini verməsini istəyib.
Bir nömrəli maşının sürücüsü komandasının bu istəyinə görə heç də xoşbəxt olmayıb. O, beşinci döngəyə yaxınlaşarkən sürətini önəmli formada azaltmış və beləliklə 63 nömrəli maşını buraxırmış kimi görünüb.
Ancaq 63 nömrəli maşın beşinci döngədə önə keçəndən sonra bir nömrəli maşın anidən sürətlənmiş və 63 nömrəli maşına çırpılmışdır. İnsidentə heç şübhə yoxdur ki, bir nömrəli maşının hərəkətləri səbəb olub. Buna görə də bir nömrəli maşına 10 saniyə zaman cəzası verilib”.
Bununla da, Maks Ferstsppen son 12 ayda 11-ci cəza xalını alıb. Bu say 12 olsa, niderlandlı pilot bir yarışı buraxmalı olacaq. Buna görə də Dördqat Dünya Çempionu növbəti iki yarışda ehtiyatlı olmalıdır. Çünki cəza xallarından ikisi iyun ayının 30-da silinəcək.
Şərh əlavə et