Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çempionluq üçün tempimiz yoxdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, çempionluq uğrunda mübarizə aparmaq çətindir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Lando Norrisi qabaqlayaraq, ikinci yerə yüksəlib. Lakin bir neçə dövrədən sonra Norris əks hücumla onu keçib.

Maks yarışın sonlarında üçüncü yerdə getsə də, Kimi Antonellinin mübarizəni dayandırması ilə trasa təhlükəsizlik maşını çıxıb. O, pitə gedib və trasa Hard təkərlərlə qayıdıb. Restartdan sonra əvvəlcə Şarl Lekler onu keçib. Daha sonra isə Rassell onu keçərkən iki sürücü təmas ediblər. Stüardlar buna görə Maksa 10 saniyə cəzası veriblər və bununla da yarışı onuncu yerdə bitirib.

Jurnalistlər yarışdan sonra Maks Ferstappendən bu təması qəsdən edib-etmədiyini soruşublar: “Nə fərqi var? Mən bir andansa, bütün yarış barədə danışmağı seçərəm.

Məncə, çempionluq uğrunda mübarizə aparacaq qədər sürətli deyilik. Bu yarışda zəifliyimiz daha da ortaya çıxdı. Üç dəfə pit-stop strategiyasını sınadıq və əslində çox yaxşı idi. Buna ehtiyacımız da var idi, çünki təkərlər çox yeyilirdi.

Heyif ki, yarışın sonunda təhlükəsizlik maşını çıxdı və əlimizdə yeni təkər qalmamışdı. Ondan sonra hamı tam sürətlə gedərkən mən Hard təkərdə asfaltla ilişmə problemi yaşadım”.

Rauf Hacıyev

Şərh əlavə et