Xəbəri Kokpitdə Oxuyun!

Ən çətin sual: Monakoda kim qalib gələcək?

Bukmeyker kontorları qarşıdan gələn Monako Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

İmoladakı yarışda Red Bull və Maks Ferstappenin performansı əmsallara ciddi təsir edib. Düzdür, yenə ən şanslı McLaren sürücüləri hesab edilir, lakin Maksın şansları da elə onlara yaxın dəyərləndirilir. Səhvləri bağışlamayan knyazlıq küçələrində qələbəyə ən yaxın sürücü Oskar Piastri hesab edilir. Ümumiyyətlə, bukmeykerlər Monako yarışı üçün yuxarı əmsallar verməkdən çəkiniblər, çünki bura hər bir sürprizə açıq yerdir…

Oskar Piastri – 1.36
Lando Norris – 1.40
Maks Ferstappen – 1.53
Şarl Lekler – 2.37
Corc Rassell – 3.00 
Lyuis Həmilton – 4.00
Kimi Antonelli – 5.00

Bukmeykerlər hələ də Oskarı titulun əsas namizədi hesab edirlər. Lakin onların fikrincə, avstraliyalı sürücünün əsas rəqibi komanda yoldaşı yox, məhz Maksdır. Digər sürücülərə verilən əmsallar isə formal xarakter daşıyır…

Oskar Piastri – 1.90
Maks Ferstappen – 3.50
Lando Norris – 3.75
Corc Rassell – 41.00
Şarl Lekler, Lyuis Həmilton – 151.00
Kimi Antonelli – 201.00

Mühəndislər Kubokunu kimin qazanacağına olan pul qoyuluşu isə bir neçə yarışdır ki, tamamilə formal xarakter daşıyır…

McLaren – 1.01
Mercedes – 34.00
Ferrari, Red Bull – 51.00
Williams – 2001.00
Haas – 2501.00
Alpine, Aston Martin, Racing Bulls, Sauber – 3001.00

 

Elçin Zodorov

Şərh əlavə et