Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: 2026-cı il təqvimi açıqlanıb

Formula 1 üzrə 2026-cı il mövsümünün təqvimi açıqlanıb. Azərbaycan Qran Prisi gələn mövsüm 25-27 sentyabr tarixlərində keçiriləcək.  Təqvimdəki yeganə dəyişiklik isə İmolanın əvəzinə Madridin daxil olmasıdır.

Kokpit.az bildirir ki, Formula 1-in kommersiya sahibi FOM ilə idmanın idarəçisi FİA 2026-cı il təqvimini ortaq formada açıqlayıblar. 2026-cı ildə yenə də 24 yarış olacaq. Mövsüm martın 8-də Avstraliya Qran Prisi ilə start götürəcək və dekabrın 6-da Əbu Dabi Qran Prisi ilə sona çatacaq. Daha əvvəl də bildirildiyi kimi Ramazan ayına düşdüyü üçün mövsümün açılışı Bəhreyndə yox, Avstraliyada baş tutacaq.

8 martda Melburnda keçiriləcək ilk yarışdan sonra sürücülər Çinə gedəcəklər. Bu iki yarış ardıcıl iki həftədə baş tutacaq.

2026-cı il təqvimində may ayında böyük dəyişikliklər var. Daha əvvəl bildirildiyi kimi Kanada Qran Prisi loqistika uyğunluğu üçün əvvələ çəkilib. Ancaq iki yarış arasında 3 həftə fərq olacaq. Kanada Qran Prisi bu dəfə iyun ayında yox, mayın 24-ü təşkil ediləcək və İndi500 ilə üst-üstə düşəcək. İki yarış arasındakı bu məsafənin əsas səbəbi isə Emiliya Romanya Qran Prisinin təqvimdən çıxarılmasıdır.

Monako Qran Prisi isə bu dəfə may ayında yox, iyun ayının ilk həftəsində təşkil ediləcək. Monakodan sonra isə adı hələ açıqlanmayan Barselona ayrışı keçiriləcək. Düzdür, Barselona trası hazırda İspaniya Qran Prisi adını Madridə versə də, müqaviləyə əsasən daha bir il təqvimdə qalacaq.

Yay tətilinə qədər olan proqramda daha dəyişiklik olmayacaq və sürücülər iyul ayının sonunda keçiriləcək Macarıstan Qran Prisindən sonra tətilə gedəcəklər.

Sürücülər tətildən Niderland Qran Prisi ilə qayıdacaqlar. Daha sonra İtaliya və Madriddə İspaniya Qran Priləri təşkil ediləcək. Lakin Madriddəki yarışın yeri hələ tam dəqiq deyil və trasın təsdiqlənməsi lazımdır.

Madriddən iki həftə sonra isə Formula 1 Dünyasının nəzəri paytaxtımıza – Bakı Şəhər Halqasına – yönlənəcək. Belə ki, mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran Prisi 25-27 sentyabrda keçiriləcək.

2026-cı il mövsümü 2024-cü ildə olduğu kimi 7 həftədə 6 yarışla bitəcək. Bu dövr ərzində Amerika qitəsində Ostin, Meksika və Braziliya Qran Prilərini Las Veqas, Qətər və Əbu Dabi Qran Priləri izləyəcək.

2026-cı il mövsümündə 6  sprint yarışının olması planlaşdırılır. Bundan başqa komandaların və motor istehsalçılarının yeni reqlamentə uyğunlaşa bilməsi üçün iki trasda – Barselona və Bəhreyndə üçgünlük qış testləri keçiriləcək.

 

Tarix Ölkə Tras
6-8 Mart Avstraliya Melburn
13-15 Mart Çin Şanxay
27-29 Mart Yaponiya Suzuka
10-12 Aprel Bəhreyn Saxir
17-19 Aprel Səudiyyə Ərəbistanı Ciddə
1-3 May ABŞ Mayami
22-24 May Kanada Montreal
5–7 Haziran Monako Monako
12-14 İyun İspaniya Barselona
26-28 İyun Avstriya Şpilberq
3-5 İyul Böyük Britaniya Silverstoun
17-19 İyul Belçika Spa
24-26 İyul Macarıstan Budapest
21-23 Avqust Niderland Zandfoort
4-6 Sentyabr İtaliya Montsa
11-13 Sentyabr İspaniya* Madrid*
25-27 Setyabr Azərbaycan Bakı
9-11 Oktyabr Singapur Sinqapur
23-25 Oktyabr ABŞ Ostin
30 Oktyabr – 1 Noyabr Meksika Mexico City
6-8 Kasım Brezilya San-Paulu
19-21 Noyabr ABŞ Las Veqas
27-29 Noyabr Qətər Luseyl
4-6 Dekabr Əbu Dabi Yas Marina

 

Rauf Hacıyev

Şərh əlavə et