Kokpit.az xatırladır ki, Maks Ferstappen İmola yarışına ikinci yerdən başlasa da, yaxşı startla Oskar Piastrini geridə qoyub və yarışın sonuna qədər liderliyini qoruyaraq, mövsümdə ikinci qələbəsini əldə edib.
Kristian Horner: “Həmişə demişəm. Bu çempionat bir marafondur. Hazırda geridə yeddi yarış qaldı və ikisini qazanmışıq.
Vacib olan mövsümün sonunda neçənci yeri tutmağımızdır. Bu müddət ərzində yuxarı pillələrə yaxın olmalıyıq.
Artıq öz ideal formamıza qovuşuruq. Növbəti həftəsonu tamamilə fərqli mübarizə olacaq. Daha sonra reqlament dəyişəcək. Bütün diqqətimizi Sürücülər Çempionatına vermişik. Komandada bir nömrəli sürücümüz var və bütün diqqətimiz ondadır”.
Kristian Horner sonda Maks Ferstappenin startda Oskar Piastrini keçməsindən danışıb: “O ilk döngə ya tamam ya da davam idi. Oskar ədalətli davrandı və fikrini döngəyə verdi. O andan sonra heç kim Maksı görə bilməzdi. Çox qərarlı idi.
Oskar çempionatdakı liderliyini qorumağa çalışır, amma Maks boşluğu gördü və hücum etdi. Bu, əsl yarışı oxuya bilən yarışçı xarakteridir və biz bunu hər həftəsonu görürük”.
Şərh əlavə et