Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Mercedes ölü kimi idi

Mercedes komandasının sürücüsü Corc Rassell İmola yarışından sonra maşının performansını sərt sözlərlə tənqid edib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmola yarışına üçüncü yerdən başlasa da, finişə yeddinci yerdə çatıb və builki ən pis nəticəsini əldə edib.

Corc Rassell: “Xeyr, bu bəxtsizlik deyildi. Yarışda sözün əsl formasında ölü kimi idik. Çox yavaş idik.

Trend çox qətidir. Hava isti olanda yavaşlayırıq, soyuyanda isə sürətlənirik. Keçən il də belə idi. Sazlanmalarda hər şeyi sınadıq, amma maşının quruluşunda problem varmış kimi görünür.

Bu, Ferrari-dən geridə qaldığımız ilk yarış deyil. Hətta bəzi yarışlarda Williams-dan belə yavaş qaldıq ya da eyni tempdə gedirdik. Yenə də o yarışlardan xalla ayrıla bildik. Ancaq İmolada yeddinci yeri bəxt hesabına qazandıq”.

Corc Rassell bildirib ki, o yarış başlamamışdan əvvəl bolidin balanssız olduğunu fərq edib: “Trasa çıxış dövrəmdə, yəni startdan əvvəlki dövrələrdə bu problemləri hiss etdim və komandaya bildirdim. Sanki nəsə tərs gedirdi. Komanda hər şeyi yoxlasa da, görünən problem tapmadılar. Bu hiss 60 dövrə boyunca davam etdi”.

Sonda Corc Rassell bildirib ki, Mercedes-in yaşadığı problemlər trasdan-trasa dəyişir: “Ya ön təkərlər qızır ya da arxa təkərlər həddən artıq qızır. Bunun səbəbi trasdan-trasa dəyişən balanssızlıqdır. Ancaq bu hal bu mövsüm ilk dəfə başıma gəlmir. Bəlkə də bu fərqin səbəbi rəqiblərimizin daha yaxşı yarış çıxarmasıdır”.

 

Rauf Hacıyev

Şərh əlavə et