Kokpit.az bildirir ki, bu gecikmənin səbəbi insidentlərə görə sprint yarışının gözləniləndən gec başlamasıdır. Sprint yarışından əvvəl başlayan yağışa görə Ferrari komandasından Şarl Lekler qəza edib. O, düzülüşə gələn zaman bolidinin idarəetməsini itirib və bariyerlərə çırpılaraq, yarış başlamamış mübarizəni dayandırıb.
Bu insidentdən sonra sprint yarışı təhlükəsizlik maşınının arxasında başlayıb. Yağış gücləndiyi üçün qırmızı bayraqlar çıxıb və start bir müddətlik təxirə salınıb.
Yarışa Bakı vaxtı ilə 20:28-də start veriblər. Buan görə də FİA sıralanma turunun vaxtını 15 dəqiqə təxirə salıb. Bununla da Mayami Qran Prisinin sıralanma turu saat 00:00-da yox, 00:15-də başlayacaq.
Şərh əlavə et