Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa 4-cü yerdən başlasa da, startda Antonellini keçərək üçüncü yerə yüksəlib.
Lakin trasın quruması ilə Maks da pitə gəlib. Pitdən çıxarkən Kimi Antonelli ilə toqquşub. Stüardlar bu insidenti araşdırdıqdan sonra son dörd mövsümün Dünya Çempionu Maksa 10 saniyə cəzası veriblər. Bununla da Ferstappen sprint yarışını xalsız bağlamalı olub.
Maks Ferstappen: “Heç birimiz belə halların yaşanmasını istəmərik. Lakin bu baş verdi. Bunu təhlil etməliyik. Heç kimin yaralanmamasına görə sevindim. Bu maşınlarla bir-birinizə toqquşanda nəticələr yaxşı olmur. Nəyin baş verdiyi açıq formada görünür. Əlavə şərhə ehtiyac yoxdur”.
Red Bull komandasınln rəhbəri Kristian Horner bu barədə belə danışıb: “Bu bir səhv idi və bundan dərs çıxaracağıq”.
Şərh əlavə et