Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mayamidəki sprint yarışına 3-cü yerdən başlasa da, pouldan başlayan Kimi Antonellinin pis startından istifadə edərək, ikinci yerə yüksəlib. Daha sonra isə trasın quruması ilə öndəki komanda yoldaşı Oskar Piastriyə yaxınlaşıb.
Fernando Alonsonun qəzası isə Lando Norrisə hava və su kimi yarayıb və 27 yaşlı pilot pitə gələrək, Piastrinin önündə trasa qayıdıb. Bununla da Lando Mayamidəki sprint yarışında qələbə qazanıb.
Lando Norris: “Hələlik Mayami Qran Prisi üçün yaxşı formadayam və buna görə də xoşbəxtəm. Bizim tempimiz çox yaxşı idi.
Bu tip yarışlar həmişə çətin olur. Nə vaxt pit etməli olduğunuzu heç vaxt bilmirsiniz. Lyuis kimi pitə erkən girsəniz, bu yaxşı nəticə qazandıra bilər və yaxşı strategiya ilə qabağa düşərsiniz. . Yaxud da pitə gəlməyib təhlükəsizlik maşınına ümid edə bilərsiniz.
“İki ildir ki, bu strategiyamız yaxşı işləyir, əlbəttə ki, mən bunun bu gün yox, bazar günü olmasını istərdim, amma yenə də xoşbəxtəm. Komanda əla iş gördü.”
Şərh əlavə et