Kokpit.az xatırladır ki, Mayami Qran Prisinin sprint sıralanma turu Ferrari üçün yaxşı keçməyib. Şarl Lekler altıncı, Lyuis Həmilton isə yeddinci yeri tutub.
Sıralanma turundan sonra Frederik Vassyör narazılığını gizlətməyib: “Əvvəla Kimini möhtəşəm dövrə atdığı üçün təbrik edirəm. Çox yaxşı iş gördü və rəqiblərindən açıq formada öndə idi.
Onun arxasındakı qrup isə çox yaxındır. Komanda olaraq önümüzdəki sürücülərdən çox geridə qalmırıq. Lakin bu bəs etmir.
Bu gün hər şeyi bir araya gətirməkdə çətinlik çəkdik. Bəzi səhvlər etdik və bolidin balansında problem yaşadıq.
Bu da müasir Formula 1-də ciddi səhv deməkdir. Yekundan istədiyimiz yerdə deyilik.
Sprint yarışında təkərə nəzarət və yeyil vacib olacaq. Onda işlər fərqli ola bilər”.
Şərh əlavə et