Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Mayami bizə uyğun deyil

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko növbəti Mayami yarışının çətin keçəcəyini düşünür.

Kokpit.az xatırladır ki, Formula 1 fanatlarının diqqəti bu həftəsonu Mayamiya yönlənəcək. Red Bull komandası indidən narahatdır, çünki RB21-in dar sazlanma aralığı Mayaminin isti və nəm havasına uyğun gəlmir.

Helmut Marko: “İlk beş yarışdan əldə etdiyimiz məlumatlar Mayami üçün nədən xəbər verir? Hər şeydən əvvəl isti hava gözləyirik. Bu bizim üçün heç də yaxşı hal deyil. Ciddədə üçüncü sərbəst yürüşlərdə McLaren-dən öndə olsaq da, sıralanma turunda bu fərq azaldı. Buna görə də Mayamidəki hava şəraiti McLaren üçün daha əlverişlidir.

Hazırda əsas məqsədimiz bolidimizin sazlanma aralığını daha da genişləndirməkdir. Eyni zamanda Avropa yarışlarından əvvəl bolidin bəzi zəif yönlərini azaltmağl və beləliklə tempimizi yaxşılaşdırmağı istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et