Kokpit.az xatırladır ki, bu il McLaren komandası çempionatda əsas favorit olsa da, 5 yarışdan sonra niderlandlı sürücü çempionatın liderinə 12 xal uduzur.
Frants Tost: “Maks Ferstappen traktorla belə yarış qazanar. Keçən il o, Ferrari-nin GT yarış maşını ilə test etdi və digər sürücülərdən demək olar ki, iki saniyə üstün idi. Maksın sürət hissi, yarışı görmə istedadı, bolidi idarəetməsi və ümumi olaraq bolidlərdə olan sezgisi inanılmazdır. Hansı maşına minsə, ona tez uyğunlaşır. Daha sonra isə o maşını öz sürüş tərzinə uyğunlaşdırır.
Maks çox xüsusi pilotdur. Birincisi təbii sürət cəhətdən rəqiblərindən öndədir. İkincisi mənəvi cəhətdən o qədər güclüdür ki, insanüstü istedadını kritik anda trasa əks etdirə bilir. Buna görə də rəqiblərindən üstündür.
O, hələ kartinqdə yarışarkən Avropa Çempionatında fərqini göstərirdi. Daha sonra Norisinqdəki yağışlı Formula 3-ə yarışına çıxdı. O qədər özünə inamlı formada sürürdü ki, elə bil rəqibləri maşını saxlamışdılar. Bu yarışı mənə Mixael Şumaxeri xatırlardı. O da 1987-ci ildə Salzbuqrinqdəki yağışlı Formula Ford yarışını bu cür üstünlüklə qazanmışdı”.
Şərh əlavə et