Kokpit.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk 5 yarışından xalsız ayrılıb. Bu da həm Aston Martin, həm də ikiqat Dünya Çempionu üçün böyük məyusluqdur.
İndi hamı düşünür ki, Aston Martin-in yeni texniki direktoru Ədrian Nyui 2026-cı ildə komandaya necə təsir edəcək?
Lakin insanların beynində baş sual da var – gələn il 45 yaşı olacaq Fernando Alonso qələbə uğrunda mübarizə apara biləcək?
Formula 1-in əfsanəvi sürücülərindən olan Emerson Fitipaldi Fernando Alosnoya inandır. 1972 və
1974-cü illərin çempionu düşünür ki, Fernando zehni və fiziki cəhətdən yarışmağa tamamilə hazırdır: “Ümid edirəm ki, Fernando yenidən istedadını göstərə bilər. Fiziki və zehni cəhətdən çox yaxşı hazırlaşıb. Heç bir problemi yoxdur. Yarışıb uzun illər rəqabətədavamlı ola bilər. Bu doğrudan da gözəl olar.
Mən İndycar-dakı son mövsümündə 49 yaşımda idim və hələ də rəqabət apara bilirdim. Bu, tamamilə qazanmaq arzusundan, aclıqdan, ruhi və emosional rəqabətdən asılıdır. Alonso da bu mövzuda çox güclüdür”.
Şərh əlavə et