Xəbəri Kokpitdə Oxuyun!

Bu dəfə McLaren sürücülərinin şansları bərabər qiymətləndirilir

Bukmeyker kontorları qarşıdan gələn Səudiyyə Ərəbistanı Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Bukmeykerlər uzun fasilədən sonra ilk dəfə bir yarışda qələbə üçün bir sürücünü favorit göstərməkdən çəkinib. McLaren sürücülərinin şansları bərabər qiymətləndirilib və buna səbəb Oskar Piastrinin son yarışlardakı performansı təsir edib. Reytinqdə üçüncü olan Maks Ferstappenin şansları onlardan 4 dəfə az qiymətləndirilir…

Lando Norris, Oskar Piastri – 2.25
Maks Ferstappen – 10.00
Corc Rassell – 13.00
Şarl Lekler – 17.00
Lyuis Həmilton – 26.00
Kimi Antonelli – 67.00
Yuki Tsunoda – 201.00

Çempionatda McLaren sürücülərini 3 xal ayırır, lakin çempionluq üçün şansları növbəti yarışda olduğu kimi, bərabər qiymətləndirilir. Son 4 ilin çempionu Maks Ferstappen isə bu reytinqdə də üçüncüdür.

Lando Norris, Oskar Piastri – 2.00
Maks Ferstappen – 11.00
Corc Rassell – 21.00
Şarl  Lekler – 51.00
Lyuis Həmilton – 81.00

Dörd yarış sonra rəqiblərindən xeyli aralanan McLaren-in mövsüm sonunda Mühəndislər Kubokunu qazanacağına az adamda şübhə var.

McLaren – 1.02
Mercedes – 26.00
Ferrari – 34.00
Red Bull – 41.00
Aston Martin, Racing Bulls, Williams – 2001.00
Alpine, Haas, Sauber – 3001.00

Elçin Zodorov

Şərh əlavə et