Kokpit.az bildirir ki, McLaren sürücülərindən Lando Norris yarışın əsas favoriti sayılır, komanda yoldaşı Oskar Piastrinin şansları ondan bir qədər aşağı qiymətləndirilir. Son yarışın qalibi Maks Ferstappen yenə üçüncü yerdədir, lakin bir həftə əvvəlki ilə müqayisədə, əmsalı xeyli aşağı enib. Corc Rassellin qələbə qazanacağına inam Ferrari sürücüləri ilə müqayisədə çoxdur. Əsas 4 komanda arasında ən az şansı olan sürücü isə Yuki Tsunoda hesab edilir…
Lando Norris – 2.30
Oskar Piastri – 3.00
Maks Ferstappen – 4.50
Corc Rassell – 13.00
Şarl Lekler – 21.00
Lyuis Həmilton – 23.00
Kimi Antonelli – 51.00
Yuki Tsunoda – 67.00
Baxmayaraq ki, Norris və Ferstappen arasında çempionatda xal fərqi 1-ə enib, bukmeykerlər titula əsas namizəd kimi məhz britaniyalı sürücünü görürlər. Onların fikrincə Maksın şansları hətta Oskardan da aşağıdır.
Lando Norris – 1.85
Oskar Piastri – 3.75
Maks Ferstappen – 4.00
Corc Rassell – 26.00
Şarl Lekler, Lyuis Həmilton – 41.00
Kimi Antonelli – 101.00
Mühəndislər kubokunda McLaren-in qalib gələcəyinə şübhə isə getdikcə azalır…
McLaren – 1.05
Ferrari, Red Bull – 17.00
Mercedes – 21.00
Aston Martin, Racing Bulls, Williams – 1001.00
Alpine, Haas, Sauber – 2001.00
Şərh əlavə et