Xəbəri Kokpitdə Oxuyun!

Cek Duhən yeni motora keçib

Alpine komandası Çin Qran Prisinin cümə sərbəst yürüşlərindən sonra yaşanan texniki problemlərdən görə Cek Duhənin bolidində güc qurğusunu dəyişdirməli olub.

Kokpit.az xatırladır ki, sessiyanın bitməsinə 15 dəqiqə qalmış Cek Duhən bir döngəyə girə bilməyib və komandasına deyib ki, maşında hidrovlik dəstək itib.

Bundan sonra qırmızı bayraqla sessiya dayandırılıb və bolid trasdan təhlükəsiz formada təxliyə edilib. Buna görə də Duhən sessiyanı vaxtından əvvəl dayandırmalı olub.

FİA-nın sənədlərinə görə avstraliyalı pilotun maşınına yeni daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatorları və yeni qazburaxma sistemi quraşdırılıb.

Cek Duhən bu motor komponentlərində limitləri keçmədiyi üçün cəza almayıb.

Avstraliyalı debütant bu problemlərə baxmayarsq Çindəki sprint sıralanma turunda təcrübəli komanda yoldaşı Pyer Qaslini qabaqlaya bilib.

Rauf Hacıyev

Şərh əlavə et