Kokpit.az xatırladır ki, Aston Martin komandasının pilotları Ləns Stroll və Fernando Alonso Çin Qran Prisinin Sprint sıralanna turunda ilk onluğa düşməkdə çətinlik çəkiblər. Stroll üçüncü sessiyaya vəsiqə qazanmağı bacarıb və 10-cu olub. Komanda yoldaşı Fernando Alonso isə 11-ci yeri tutub.
Ləns Stroll sessiyadan sonra bunları deyib: “Bizim üçün güclü sessiya oldu və mən üçüncü sessiyaya vəsiqə qazandığım üçün şadam.
Biz üçüncü sessiyada köhnə Soft təkərlərdən istifadə etmək qərarına gəldik, çünki təkərləri sabahkı sıralanma turu üçün saxlamaq istəyirdik. Buna görə də rəqiblərimizə nisbətən necə olduğumuzu dəqiq söyləmək çətindir, xüsusən də orta komandalar arasında çox gərgin mübarizə şəraiti varkən… Həftə sonu üçün necə inkişaf edə biləcəyimizə köklənəcəyik”.
Fernando Alonso ümumilikdə sprint sıralanma turundan razı qaldığını, lakin üçüncü sessiyaya vəsiqə qazana bilmədiyinə görə təəssüfləndiyini bildirib: “Mən bu gün Sprint sıralanna turundan çox razı qaldım, çünki avtomobil çox rəqabətədavamlı idi. Birinci sessiya mənim üçün çox yaxşı keçdi və ilk cəhddə ikinci yeri aldıq. Amma sonda onluğu əldən verdim.
Yenə də üçüncü sessiyaya bir bolidimizib qalması xoşdur. Orta qrupda rəqabət çox gərgindir və biz Sprint yarışında nə edə biləcəyimizi görəcəyik. Əsas diqqətimiz əsas sıralanma turu və əsas yarışdır. Amma sabahkı Sprint bizə əlavə xallar toplamaq üçün şans verəcək. Görək nə edə bilərik”.
Şərh əlavə et