Kokpit.az xatırladır, ki, Çin Qran Prisinin sprint sıralanma turunda Mercedes pilotları Corc Rassel və Kimi Antonelli müvafiq olaraq beşinci və yeddinci yerləri tutublar. Rasselin keçmiş komanda yoldaşı və yeni Ferrari pilotu Lyuis Həmilton isə poul qazanıb.
Sessiyadan sonra çıxış edən Corc Rassell Həmiltonu poula görə təbrik edib və bildirib ki, Mercedes bu gün əldə edə biləcəyi maksimum nəticəni qazanıb: “Son cəhimdən çox razıyam. Lyuisi təbrik edirəm, o, həqiqətən əla dövrə vurdu.
Düşünürəm ki, bu gün əldə edə biləcəyimiz ən yaxşı nəticə onsuz da beşinci yer idi.” Qəribə təsnifat sessiyası keçirdik. İkinci sessiyada az qala onluqdan kənarda qalırdım. sonra ikinci oldum.
“Deyəsən, öndəki komandalar arasında hər şey dəyişə bilər. McLaren-in performansı təəccüblü idi, çünki onlar sərbəst yürüşlərdə, birinci və ikinci sessiyada çox sürətli idilər, lakin sonda Lyuis və Maks yaxşı əla iş gördülər. Biz isə onların arxasındayıq. Düşünürəm ki, sprint yarışında şansımız var. Maraqlı yarış ola bilər”.
Şərh əlavə et