Xəbəri Kokpitdə Oxuyun!

Piastri McLaren-lə komanda əmrini müzakirə edəcək

Avstraliya Qran Prisi zamanı McLaren sürücüləri ilk iki yerdə gedərkən Oskar Piastri sürətlə fərqi bağlayaraq Lando Norrisə çatmış, lakin komanda ona yerini qorumağı, hücum etməməyi tapşırmışdı.

Kokpit.az xəbər verir ki, avstraliyalı sürücü yarış başa çatdıqdan sonra bu məsələni komanda ilə müzakirə edəcəyini bildirib.

Oskar Piastri: “Düşünürəm ki, yarış və trasdakı şərait olduqca ekstremal idi. Biz dövrəvi sürücülərə çatırdıq, trasda yalnız bir quru xətt var idi və yağışın yenidən yağacağını bilmirdik. Bütün bunları nəzərə alaraq, o anda nə düşündüklərini daha yaxşı anlamaq üçün komanda ilə danışacağam. Amma oxşar hadisələrin əks istiqamətə inkişaf edə biləcəyini də düşünürəm.

Xatırladaq ki, Albert Parkdakı yarışda Norris qələbə qazanıb, Piastri isə yol verdiyi səhvdən sonra yalnız doqquzuncu ola bilib.

Elçin Zodorov

Şərh əlavə et