Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Podiumu düşünürdüm

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, yarış ərzində ağlı podiumda olub.

Kokpit.az xatırladır ki, taylandlı sürücü yarışa 6-cı yerdən başyıb və finişə başladığı yerdən bir pillı yuxarıda – 5-ci çataraq, mövsümün ilk yarışında komandasına qızıl dəyərində xallar qazandırıb.

Aleks Elbon yarış ərzində rəqiblərinin səhvlərindən və cəzalarından maksimum faydalanıb.

Aleks Elbon: “Ağlım podiumda idi, amma bu hava şəraitində əsas olan mübarizəni davam etdirmək idi. Komandanın adına çox sevinirəm. Bəhreyndə əla test həftəsi keçirdik. Burada da cümə və şənbə günləri yaxşı keçdi. Bazar günü isə tortun üzərindəki vişnə kimi idi.

Bu hava şəraitində maşını sürmək çətin idi. Amma tempimiz yaxşı idi və xüsusən də restartlarda güclü olduq.

Əlbəttə, daha öyrənməli olduğumuz çox şey var. Bu da həyəcanvericidir. Peleton bir-birinə çox yaxşıdır. Həftəsonu ərzində ən yaxşı komandalarla mübarizə apara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et