Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Argentina yarışına 15-ci yerdən başlasa da, yekunda səkkizinci yeri tutub. Lakin motosikletindəki qayda pozuntusuna görə onun bu nəticəsi ləğv olunub və Sürücülər Çempionatında aktivindən 8 xal silinib.
Argentina yarışından sonra stüardlar bildiriblər ki, Trackhouse komandası yarış vaxtı yasaqlanmış proqramdan istifadə edib və yarışdakı nəticəsi buna görə ləğv olunub.
Bu hal FİM Qran Pri Dünya Qaydalarındakı 2.4.3.5.3 nömrəli “Elentronik Kontrol Qurğusu və Ətalət Ölçü Qurğusu” maddəsini pozur.
Ai Oquranın nəticəsinin ləğv olunması ilə komanda yoldaşı Raul Fernandes 1 xal qazanıb. İspaniyalı sürücü yeni yarış sıralanmasına görə 15-ci yerə yüksəlib və günün son xalını əldə edib.
Şərh əlavə et