Kokpit.az xatırladır ki, Formula 2 yarışı Bakı Vaxtı ilə 04:30-da başlamalı idi. Ancaq trasdakı şərait pis olduğu üçün start təxirə salınıb.
Lakin təşkilatçılar Bakı vaxtı ilə 04:54-də bildiriblər ki, trasda vəziyyət yaxşıdır. Yağışın azalması ilə yarışın təhlükəsizlik maşını arxasında startı gözlənilirdi. Ancaq maşınlar trasa çıxanda yağış yenidən güclənib və sürmək təhlükəli olub. Sürücülər təhlükəsizlik maşınının arxasında bir neçə dövrə vurduqdan sonra yarış direktoru hava şəraitinin düzəlməyəcəyinə qərar verib və yarışı ləğv edib.
Yarışın ləğv edilməsi ilə Formula 2 üzrə Avstraliya Qran Prisinin əsas yarışında xallar paylanmayıb.
Formula 1 üzrə Avstraliya Qran Prisi isə Bakı vaxtı ilə 08:00-da başlamalıdır. Lakin yarışdan əvvəl güclü yağışın yağması gözlənilir.
Yarış hakimləri havanın vəziyyətini və tras şəraitini yaxından izləyəcək və hər hansı bir dəyişiklik olsa, məlumat verəcəklər.
Şərh əlavə et