Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ikinci gününə hava mane ola bilər

Saxirdə qış testləri Avropa traslarına nisbətən daha isti və komfortlu şəraitdə baş tutur. Lakin dünən hava kifayət qədər soyuq olub, bu gün isə yağış ehtimalı çoxdur.

Meteorologiya Xidmətinin məlumatına görə, Bəhreyndə bu gün səhər yağıntı ehtimalı 40% təşkil edir, günortaya doğru 60%-ə yüksəlir və günün qalan hissəsində bu səviyyədə qalacaq.

Pirelli-nin hər komandaya gətirməsinə icazə verdiyi 35 dəst təkərdən yalnız Aston Martin və Haas yaş havada təkərlərə malikdir. Aston Martin-də üç dəst ara təkər, Haasda isə bir dəst yağış təkəri var.

Elçin Zodorov

Şərh əlavə et