Kokpit.az xatırladır ki, Formula 1 üzrə 2024-cü il mövsümü bazar günü Əbu Dabi yarışı ilə başa çatıb. Lakin komandalar trasdan ayrılmayıblar, çünki hər il olduğu kimi bu il də sürücülər Yas Marinada birgünlük test edəcəklər. Bu testdə iki boliddən də istifadə edilir. Bolidlərin birində komandanın ənənəvi sürücüsü, digərində isə maksimum iki formula 1 yarışına çıxmış pilot sürür. Test ərzində 2025-ci ilin Pirelli təkərləri test ediləcək.
Test bu gün səhər saatlarında başlayıb və bütün komandalar testdə iştirak edirlər. Testdə iştirak edən bəzi sürücülər isə diqqətləri cəlb edib. Williams komandasında Karlos Sayns, Haas-da Esteban Okon, Sauber-də Niko Hülkenberq, Red bull-da Yuki Tsunoda, Mercedes-də isə Kimi Antonelli sükan arxasına keçiblər.
Testdə iştirak edən sürücülər
Mercedes: Corc Rassell və Antonio Kimi Antonelli
Red Bull Racing: Yuki Tsunoda və Ayzek Həcər
Ferrari: Şarl Lekler, Artur Lekler və Antonio Fuoko
McLaren: Oskar Piastri/Lando Norris və Pato O’Vard
Alpine: Cek Duhən və Pol Aron
Aston Martin: Felipe Druqoviç və Cek Krouford
RB: Liam Louson və Ayumi Ivasa
Sauber: Niko Hülkenberq və Qabriel Bortoleto
Haas F1: Esteban Okon ve Rio Hirakava
Williams: Karlos Sayns və Lyuk Brouninq
Şərh əlavə et